Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:21

Azərbaycan üçün daha 2 qızıl medal


97 kiloqram çəki dərəcəsində güləşən Xetaq Qazyumov I Avropa Oyunlarında Azərbaycana növbəti qızılı qazandırdı.

O, final oyununda gürcüstanlı Elizbar Odikadzeni məğlub edib. Bununla da Azərbaycan idmançılarının qızıl medallarının sayı 10-a çatıb.

68 kiloqram çəki dərəcəsində isə taekvondoçu Ayxan Tağızadə polşalı Karol Robakı finalda məğlub edib.

Oyunun əsas vaxtı 9-9 hesabı ilə başa çatdığından qalib qızıl xalla əlavə vaxtda müəyyən edilib.

Qızıl xalı isə Ayxan Tağızadə qazanıb.

Bununla da Azərbaycan idmançılarının medal sayı 23-ə çatıb.11 qızıl, 4 gümüş və 9 bürünc.

XS
SM
MD
LG