Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:26

"Azərbaycan balaları Avropa Oyunlarından xeyir görməyib"


Birinci Avropa Oyunlarının açılışı
Birinci Avropa Oyunlarının açılışı

-

“UNİCEF Avropa Oyunlarını niyə dəstəkləyir?”

The "Guardian” qəzeti “Hüquqlar uğrunda İdman” kampaniyasının koordinatoru Rebecca Vincent-in məqaləsini dərc edib.

“Azərbaycan balaları Avropa Oyunlarından xeyir görməyib. 6.5 milyard dollar onların təhsilinə deyil, şan-şöhrət layihəsinə, stadionlara xərclənib”. Bunları yazan Rebecca Vincent daha sonra qeyd edir:

“QHT-lər və jurnalistlər Azərbaycana buraxılmadığı bir vaxtda uşaq hüquqları təşkilatı Avropa Oyunlarını dəstəkləməkdədir.

Oyunların rəsmi saytında bu tədbiri dəstəkləyənlərin loqoları yer alıb: SOCAR, BP, AZAL və Unicef. İndi Unicef-in adı 2003-cü ildə jurnalist İdrak Abbasova kobudcasına hücum etmiş Socar-ın loqosu ilə yanaşıdır. Jurnalistə hücum edənlərsə heç vaxt cəzalandırılmadı”.

Müəllif təkcə Socar-ın deyil, Azərbaycanın "Transparency International" təşkilatının korrupsiya indeksində öncül yeri tutduğunu, "Freedom House" təşkilatının Azərbaycanı “qeyri-azad” adlandırdığını yazır:

“Azərbaycanda siyasi mühitin vətəndaş cəmiyyətinə təsiri böyükdür. Unicef Azərbaycanda azad işləyə bilər (loqosu Avropa Oyunlarında istifadə olunursa, deməli, belədir), ancaq yerli insan haqları təşkilatları ya bağlanıb, ya da təqib olunur”.

Müəllif daha sonra Azərbaycanda həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov, Bakıya buraxılmayan fəallar, eləcə də özünün 2012-ci ilin dekabrında ölkəyə girişinin qadağan olunmasını qeyd edir.

Vətəndaş Cəmiyyəti Müdafiəçiləri təşkilatının direktoru Robert Hårdh şokda olduğunu deyir: “Azərbaycandakı diktatura rejiminin təbliğinə xidmət edən bir tədbirə Unicef öz adını necə yaraşdırır, anlamıram”.

Unicef-in sözçüsü Christophe Boulierac isə bir agentliyə deyib: “Bakı Oyunları ilə əməkdaşlığın məqsədi oğlan və qızlar üçün təhlükəsiz və inkluziv idman hüququnun təbliğidir”.

Rebecca Vincent yazır ki, uşaqların idmana cəlbi dəyərli olsa da, qısa müddətlidir. Çünki böyüyəndə Bakı uşaqları korrupsiyaya uğramış cəmiyyətdə siyasi proseslərə qatıla bilməyəcək. Bu ölkənin iqtisadiyyatı da bir neçə oliqarxın xeyrinə saxtalaşdırılıb:

“Azərbaycan balaları Avropa Oyunlarından xeyir görməyib. 6.5 milyard dollar onların təhsilinə deyil, şan-şöhrət layihəsinə, stadionlara xərclənib. İnsan haqları hamı üçündür – uşaqlar və böyüklər üçün – bunlar həm siyasi, həm də sosial hüquqlardır”.

“Unicef Azərbaycanda uşaqlara yardım işini davam etdirməlidir, ancaq Avropa Oyunlarının bir hissəsi olmamalıdır,” - yazır müəllif.

Azərbaycan Avropa Oyunlarının uğurunu car çəkir

Azad Rəhimov
Azad Rəhimov

Azərbaycan hökuməti bildirir ki, ilk Avropa Oyunlarının uğuru gözləniləndən də artıq olub. Xəbəri Associated Press agentliyi yayıb.

İdman naziri Azad Rəhimov çərşənbə günü deyib ki, “reallığın bütün gözləntiləri aşması onu qürurlandırır”. Nazir ölkənin olimpiya ambisiyaları barədə danışmayıb.

Azərbaycanın 2016 və 2020-ci illər Olimpiya Oyunlarına ev sahibliyi niyyəti baş tutmayıb. Ancaq Avropa Olimpiya Komitələrinin rəhbəri Patrick Hickey ötən həftə deyib ki, Avropa Oyunlarının uğurla keçməsi Azərbaycanın Olimpiya Oyunlarına da ev sahibliyinə hazır olacağını göstərəcək.

Prezident İlham Əliyev isə rəsmi tvitter səhifəsində yazıb ki, paytaxt Bakı “regionda və yəqin bütün dünyada ən inkişaf etmiş idman infrastrukturuna malik şəhərdir”.

XS
SM
MD
LG