Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:54

Aclıq edənlər hədələndiklərini deyirlər


Masallıda "hər evdə aclıq aksiyası"nın başlandığı deyilir
Gözlə

No media source currently available

0:00 0:05:00 0:00

Masallıda "hər evdə aclıq aksiyası"nın başlandığı deyilir

-

Gözlə

No media source currently available

0:00 0:03:32 0:00
Direct-ə keçid

Masallı rayonunda icra hakimiyyətinə etiraz olaraq aclıq aksiyası keçirənlər onlara təzyiq edildiyini deyirlər.

"Masallı Ziyalılar Birliyi”nin sədri, aksiya iştirakçısı Məmmədağa Eynullayev AzadlıqRadiosuna bildirib ki, rayonun Xırmandarlı kənd ərazi icra nümayəndəsi aksiya keçirən Dədəkişi Abbasovun evinə gəlib və aclığı dayandırmağı tələb edib.

“ACLIQ DAYANDIRILA BİLƏR”

Məmmədtağı Eynullayev deyir ki, bu tələbə etiraz etdikdə icra nümayəndəsi D.Abbasovu hədələyib:

“Dədəkişi Məmmədov Ərəb kəndində yaşayır. Həmin kənd də Xırmandalı ərazisinə aiddir. İcra nümayəndəsi gedib onun evinə. Onu təhdid edib, o da qovub həyətdən. İcra nümayəndəsi hədələyib ki, aclıq aksiyası keçirməyin, bu, qanuna, dövlətçiliyə ziddir. Bildirib ki, aksiyanı davam etdirsəz, sizi tutacaqlar. Aclıq aksiyası etirazın bir formasıdır.

Bu nə vaxtdan dövlətçiliyin əleyhinə oldu? Şikayət edirik, baxmırlar, biz də səsimizi çatdırmaq üçün bu üsuldan istifadə edirik. Bu həm də bizim konstitusion hüququmuzdur. Həm bu səbəbdən, həm də çoxsaylı müraciətlərdən sonra aclıq aksiyasını dayandırmaqla bağlı bu gün yığışıb, müzakirə aparacağıq.

Böyük ehtimalla dayandıracağıq. Bütün hallarda aksiyamızı baş tutmuş hesab edirik”.

AVROPA OYUNLARINA GÖRƏ TƏXRİBAT?

Rayonun Musaküsə kənd sakini Yasin Allahverdiyev isə deyir ki, aksiyadan öncə mayın 25-də Bakıda keçirdikləri xəbərdarlıq konfransından sonra polislər onu saxlayıb. Yasin Allahverdiyev bildirir ki, daha sonra Yasamal rayon Məhkəməsi onun haqqında 20 sutkalıq həbs qərarı çıxarıb. O, iyunun 16-da azadlığa buraxıldığını deyir:

“Mayın 25-də mətbuat konfransından çıxanda işıqforun dibində polislər gəlib məni apardılar Yasamal rayon 28-ci polis bölməsinə. Heç bir əsas olmadan mənə qarşı polisə müqavimət maddəsi açdılar.

Guya piyada yolunu qanunsuz keçərkən qaydanı pozmuşam və polisə tabe olmamışam. Sorğu-sual etdilər məni. Sonra məndən Məmmədağa müəllimin əleyhinə izahat almağa çalışdılar. Guya bizi etiraza o məcbur edib. Mənə çox təzyiq etdilər, sıxdılar.

Dedim ki, biz haqq söz dediyinə görə Məmmədağa müəllimin yanındayıq. Sonra sorğu-sual etdilər ki, etiraz etməkdə məqsədimiz Avropa Oyunlarına görə təxribat törətmək olub, ya yox.

Dedim ki, Bakıya gəlməkdə yeganə məqsədimiz şikayətimizi Prezident Aparatına çatdırmaqdır. Sonra məni məhkəməyə apardılar, burada da 20 sutka həbs cəzası verdilər”.

Xırmandalı inzibati ərazi dairəsinin nümayəndəsi Məhərrəm İbrahimov Dədəkişi Abbasovun iddiaları ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırmaq istəmədi.

Masallıda bir qrup ziyalı və ictimaiyyət nümayəndəsinin rayon icra hakimiyyətinə etiraz olaraq iyunun 10-dan aclıq aksiyası keçirdiyi bildirilir. Aksiyaçılar icra başçısı Rafil Hüseynovun qanunsuz hərəkətlərə yol verdiyini, rayona ayrılan pulların mənimsənildiyini iddia edirlər.

Rayon icra hakimiyyətinin şöbə müdiri Adəm Məhərrəmov AzadlıqRadiosuna müsahibəsində aksiyadan xəbərsiz olduğunu demişdi. O, həmçinin icra başçısına qarşı ittihamları rədd etmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG