Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:22

Macarıstan qaçqın axınının qarşısını almaq üçün Serbiya ilə sərhəd boyu divar çəkmək istəyir.

Macarıstanın xarici işlər naziri Peter Szijjarto iyunun 17-də bildirib ki, hökumət daxili işlər nazirliyinə 175 kilometrlik divarın tikintisiilə bağlı hazırlıq işlərinə başlanmasını göstəriş verib.

O immiqrasiyanın bu gün Avropa Birliyinin üzləşdiyi ən ciddi problemlərdən olduğunu deyib.

Nazir qeyd edib ki, Avropa Birliyi bu problemi həll eləməyə çalışır, amma Macarıstan artıq dözmək fikrində deyil.

2014-cü ildən Macarıstana qaçqın axını kəskin artıb.

Onların əksəriyyəti qonşu Serbiyadan keçir.

Təkcə bu il 45 min qaçqın Macarıstandan sığınacaq istəyib.

Ötən il bu göstərici 43 000, 2012-ci ildə isə cəmi 2150 nəfər olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG