Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:17

-

Bu hekayə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflərindən bal almayıb. Yazar onun OxuZalında çapını istəyib.

Səkinə İlyasqızı

GÜNAH

Gülşən qızını məktəbdən gətirəndə gördüyü mənzərədən dəhşətə gəldi: əri Xəyalın yaxın dostu olan Arazın arvadı Sevda bir oğlanla sarmaş-dolaş olmuşdu ağacın arxasında… Bu ailəylə çox yaxın, doğma idilər .Susa bilməyib hiddətlə dilləndi:

-Haram olsun sənə! Xəyanətkar! Araza xəbər verəcəm.

Sevda əvvəl özünü itirdi, sonra hədəyə keçdi:

- Kefim belə istəyir, sənin ərinlə gəzmirəm ki. Yaxşısı budu, mumla, yoxsa şəklini, telefon nömrənizi internetə qoyub səni şantaj edərəm.

Başını bulayıb aralandı.

Xəyal işdən gələndə müdhiş olayı danışdı, o da çox məyus oldu. Susmağı qərara aldılar. Bir neçə saatdan sonra internetdə özünün şəklini, ev telefonlarının nömrəsini gördü. Şəklin altında yazılmışdı: Kişiləri evimdə qəbul edirəm –hər vaxt. Və zəng axını başladı… Məlum elana görə maraqlanırdılar. Hər ikisi dəli olmaq dərəcəsindəydilər.

Sevda telefona gəlmədi, az keçmiş sevgilisi zəng elədi. Sevda onu məlumatlandırıbmış, qabaqdangəlmişlik yapıblar. İş-işdən keçmişdi. Bu təhqirə dözməyən Xəyal Gülşənin etirazına baxmadı, səhər açılanda Arazın yanına gedib məsələni anlatdı. Araza arvadının işləklərini öncə də çatdırmışdılar, amma adəti üzrə,yenə müdafiəsinə qalxdı:

-Onu paxıllıqdan deyirlər, yalandı.

Arvadının gözünə belə üfürməyən Arazdan dost olmazdı artıq. Sevgiliylə məsələni çürütmək istəyirdi.

Xəyalı görən sevgili istehzayla dedi:

- Arvadın gündə neçə kişi qəbul edir, sən canın?

Yer-göy başına fırlandı… Burda deyirlər, oğru elə bağırdı, doğrunun bağrı yarıldı. Cibindəki mətbəx bıçağını çıxarıb sevgilinin qarnına sancdı. Camaat tökülüşdü, təcili yardım da özünü yetirdi. Polis qollarını qandallayanda yuxudan ayılan kimi oldu: tutulacaq, ailəsi çətinlik çəkəcək…

Xoşbəxtlikdən sevgili ölmədi, yarası yüngüldü. Şikayət ərizəsini geri götürmək üçün xeyli pul istədi Xəyaldan. Polislər də istədilər - azadlığa buraxmaq üçün. Kirayə evdə yaşayırdı, ağır zəhmətlə - fəhləliklə qazandığı pulla aldığı torpağı satdı(ev tikəcəkdi). Qohum-əqraba da köməyinə yetdilər; otuz min manata yaxın cəriməpulu ödədi. Cinayətinin səbəbinisə eyninə almadı cəriməalanlar.

Gülşən dürüst qadındı, xəyanət nə olduğunu bilmir; Xəyal ona özündən artıq inanır - belə olsa da, baş verən olayın şokundan yaxa qurtarmayıb hələ. Utandığından internetə daxil olmur o gündən. Sevdanısa əri boşamadı və hər gün internetdədi…

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG