Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:45

Fransa, Almaniya, Ukrayna və Rusiyanın xarici işlər nazirləri iyunun 23-də Parisdə Ukraynanın şərqindəki böhranı müzakirə edəcəklər.

Fransanın xarici işlər naziri Laurent Fabiusiyunun 17-də bildirib ki, görüşdə əsasən bu ilin fevralında Minskdə əldə edilmiş atəşkəs sazişinə əməl edilməsi müzakirə olunacaq.

Rusiyanın xarici işlər naziri Sergei Lavrovla Almaniyanın xarici işlər naziriFrank-Walter Steinmeier iyunun 17-də telefon söhbəti zamanı Ukraynanın şərqindəki hərbi əməliyyatlar, xüsusilə dəmülki obyektlərin atəşə tutulmasının təcili dayandırılmasının vacibliyini qeyd ediblər.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında gedən döyüşlərdə 6400-dən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG