Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:34

Bu günlərdə Suriyanın Tal-Abyad şəhərindən Türkiyəyə keçən qaçqınlar geri dönməyə başlayıblar.

Kürd döyüşçüləri iyunun 16-da bu şəhəri İslam Dövləti yaraqlılarından geri alıblar.

Məlumatlara görə iyunun 17-də Türkiyənin Akcakala sərhəd məntəqəsindən Suriyaya 200-dək kişi, qadın və uşaq qayıdıb.

BMT-nin məlumatına görə, şəhər uğrunda gedən döyüşlərə görə, Türkiyəyə 23 minə yaxın qaçqın keçib.

Suriya insan haqları fəalları isə bu arada xəbər verir ki, iyunun 16-da Dəməşq regionundakı Duma şəhərində hökumət qüvvələri ilə üsyançılar arasında gedən döyüşlərdə azı 33 adam ölüb.

XS
SM
MD
LG