Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:25

-

Azərbaycanda heç bir şagird və tələbə məcburi şəkildə badmintonla məşğul olmağa cəlb edilməyəcək.

Trend-in məlumatına görə, bunu təhsil naziri, iyunun 17-də Azərbaycan Badminton Federasiyasının prezidenti seçilmiş Mikayıl Cabbarov söyləyib.

M.Cabbarovun dediyinə görə, ölkədə badminton idman növünün inkişafı üçün təhsil müəssisələri ilə əməkdaşlıq genişləndiriləcək:

«Məcburi şəkildə heç kim heç hara cəlb edilməyəcək. Amma təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Son illərdə ölkədə minlərlə yeni məktəb tikilib, təmir edilib, ali məktəblərin yeni korpusları yaradılıb, ölkənin bütün bölgələrində olimpiya mərkəzləri yaradılıb. Bu nöqteyi-nəzərdən maddi-texniki bazadan tam yararlanmaq üçün bütün idman növlərinin inkişafına şərait yaratdığımız kimi, badmintonun da inkişafına şərait yaratmalıyıq» .

Günün bütün mövzuları

XS
SM
MD
LG