Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:27

Azərbaycan XİN Avropa İnsan Hüquqları Məhkəməsinin azərbaycanlı qaçqınların şikayəti ilə bağlı qərarını alqışlayıb.

Bəyanatda deyilir ki, məhkəmə Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğal eləməsi və bu ərazilərdə hərbi iştirakına görə öz məsuliyyətini daim inkar etməsinə faktiki son qoydu.

Məhkəmənin qərarında deyilir ki, müharibə Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi ilə bağlı çağırışlardan başlayıb.

Məhkəmə köçkünlərin öz evləri və daimi yaşadıqları yerlərə qayıtmaq hüququnu təsdiqləyib.

Məhkəmənin qərarına görə, azərbaycanlıların indiki şəraitdə öz evlərinə qayıtması bugünkü praktikada real deyil.

Məhkəmə həmçinin Ermənistanın şikayətçilərə kompensasiya verməkdən imtina etməsini əsassız sayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG