Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:39

Azərbaycan prezidenti İlham Əliyev iyunun 17-də Macarıstan parlamentinin sədri Laszlo Köverin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İlham Əliyev ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxşı imkanlar olduğunu bildirib.

Azərbaycan prezidentinin Macarıstana son səfərinə toxunan Laszlo Köver isə səfər çərçivəsində imzalanan sənədlərin əlaqələrin daha da genişlənməsinə xidmıət edəcəyini deyib.

O həmçinin Azərbaycanda keçirilən birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Görüşdə enerji, təhsil və səhiyyə sahələri də daxil olmaqla ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsı ətrafında fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG