Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:00

Bakı-2015 I Avropa Oyunlarında 2 güləşçi xalçadan qovulub.

Iyunun 17-də 57 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər, belaruslu Vladislav Andreyevlə gürcüstanlı Vladimir Xinçegashvili yarımfinal görüşündə əsəblərini saxlaya bilməyiblər.

Belə ki, Andreyev 2:1 hesabı ilə öndə olarkən rəqibi ona sillə vurub.

Belaruslu pəhləvan da ona cavab verib və idmançılar arasında dava düşüb.

Görüş yarımçıq dayandırılıb və hər iki idmançı yarışdan kənarlaşdırılıb.

Onların barəsində müvafiq tədbir görüləcək.

XS
SM
MD
LG