Keçid linkləri

Təcili xəbərlər

Facebook «Moments»i təqdim edib


Facebook Moments
Facebook Moments

-

Mobil telefonlarla müxtəlif anlarımızda dostlarımız fotoqrafımıza çevrilir. Ancaq onlardan çəkdikləri fotoları həmişə asanlıqla ala bilmirik.

«Facebook» bu işi asanlaşdıran yeni mobil proqramı - «Moments»i təqdim edib.

Facebook newsroom-da verilən məlumata görə, yeni proqram istifadəçilərin dostları ilə çəkdirdikləri fotoları bir məkanda paylaşmalarına imkan verir.

Dostlarla gəzintidə, toyda, müxtəlif qonaqlıqlarda gün boyunca hər kəs fərqli fotolar çəkir. Sonra bu fotoları tez bir zamanda bir-birimizlə paylaşmaq lazım gəlir. «Moments» məhz belə anlar üçün hazırlanıb. Proqram dostlara çəkdiyiniz fotoları vermək, onlardan da sizdə olmayan fotoları almaq üçündür.

«Facebook»dakı taq (işarələmə) funksiyasına oxşar üz tanıma texnologiyası ilə fotoda hansı dostların olduğu qısa vaxtda müəyyənləşir. Sonra isə fotolar şəxsən onlara göndərilir. Onlardan da lazımi fotolar alınır. Beləliklə, dostlarınızla çəkdirdiyiniz bütün fotolar sizdə olur.

Fotoları elə bu proqramdaca saxlaya, axtaranda asanlıqla tapa bilərsiniz.

Proqram hazırda «Android»iOS platformalı cihazlar üçün əlçatandır.

Bildirilir ki, tezliklə digər ölkələrdə də proqramı yükləmək mümkün olacaq.

XS
SM
MD
LG