Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:39

Gürcüstan paytaxtı Tbilisidə daşqından ölənlərin sayı 19-a çatıb. Hökumət iyunun 16-da yaydığı bəyanatda bildirib ki, qurbanlardan 17-nin şəxsiyyəti müəyyənləşib

-

Gürcüstan paytaxtı Tbilisidə daşqından ölənlərin sayı 19-a çatıb. Hökumət iyunun 16-da yaydığı bəyanatda bildirib ki, qurbanlardan 17-nin şəxsiyyəti müəyyənləşib.

Altı gürcü itkin düşüb, axtarış əməliyyatları davam edir.

Tbilisidə leysan yağışlar iyunun 13-də başlanıb, Vere çayını daşdırıb.

Daşqın nəticəsində ölkə zooparkından bir sıra vəhşi heyvanlar qaçıb. Bəzilərini sel aparıb, bəzilərini polis güllələyib, digərləri tutulub və qəfəsə salınıb.

Rəsmilər itkin düşmüş bütün şir və pələnglərin ölü tapıldığını bildirib. Bir yaquardan xəbər yoxdur, ancaq zoopark əməkdaşları onun sağ qalmasına ümid etmir.

Daşqın ölkəyə 44 milyon dollar ziyan vurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG