Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:15

ABŞ Dövlət katibi John Kerry iyunun 16-da deyib ki, Vaşinqton daha İranın keçmiş nüvə fəaliyyətini açıqlamasını təkid etmir. Həmin tələb Tehranla nüvə sazişinin bir hissəsi idi

-

ABŞ Dövlət katibi John Kerry iyunun 16-da deyib ki, Vaşinqton daha İranın keçmiş nüvə fəaliyyətini açıqlamasını təkid etmir. Həmin tələb Tehranla nüvə sazişinin bir hissəsi idi.

Kerry-nin sözləərinə görə, ABŞ daha İranın keçmiş nüvə fəaliyyətinə dair BMT-nin Nüvə Agentliyinin suallarına cavab verməsini tələb etmir. Bu tələb daha İranın 5 dövlətlə nüvə danışıqlarında irəli sürülmür, çünki Birləşmiş Ştatlar Tehranın nə etdiyini dəqiq bilir.

“Onların nə etdiyini bilirik. Şübhəmiz yoxdur. Onların apardığı hərbi fəaliyyət barədə də tam bilgimiz var,” Kerry Bostondan telekonfransa danışıb.

İranla mümkün nüvə sazişinin tənqidçiləri ölkənin keçmiş hərbi fəaliyyətinə diqqət ayırır və təkid edirlər ki, İran şəffaflıq naminə fəaliyyətini açıqlamalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG