Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 22:02

PKK-ya qoşulduğu deyilən gənclər kimdir? [Fotolar]


-

PKK-ya qoşulduğu iddia olunan azərbaycanlı tələbələr kimlərdir? Onlar nə vaxtdan və necə olub ki, bu təşkilata qoşulublar?

AzadlıqRadiosu həmin 3 tələbə ilə bağlı kiçik araşdırma aparıb. Məlum olub ki, 20-21 yaşlarında olan bu gənclər bir neçə ay öncə yoxa çıxıblar.

Onlar PKK-ya yeni tanışları vasitəsilə qoşulduqlarını bildiriblər.

İyunun 15-də sosial şəbəkələrdə həmin tələbələrin videosu yayılıb.

Əslində bu video internetə iyunun 7-də yüklənib. «Azeri gençler PKK saflarında 1» adlı video təxminən 10 gün əvvəl çəkilib.

“SİLAHLI MÜCADİLƏYƏ BAŞLADIQ...”

Üzərlərində PKK-ya xas geyimlər, əllərində «Kalaşnikov» avtomatı olan tələbələr bu təşkilata qoşulmalarını belə təsvir edirlər:

“Universitetdə tanış olduğumuz gənclərdən PKK-nın ideologiyası haqda məlumat aldıq. Sistemin gənclik üzərində təsiri böyükdür. Mən sosiologiya fakültəsində oxuyurdum. Bizim dərslərin obyektiv, müəllimlərimizin obyektiv olması əsas şərtlərdəndir. Amma hocalarımız özlərinə, hətta iqtidarlarına sərf edən məlumatları bölüşürdürlər. Biz PKK ideologiyası ilə tanış olduqdan sonra kapitalist sisteminin sadəcə danışmaq və ya nəzəriyyə ilə bitməyəcəyini anlayıb silahlı mücadiləyə başladıq”.

Video gənclərin quruma niyə qoşulmaları, məqsədləri haqda fikirləri ilə davam edir. Sonda tələbələr dostlarına, Azərbaycandakı tanışlarına salam deyirlər.

ONLAR APRELİN SONLARINDAN YOXA ÇIXIBLAR...

Gənclər videoda özlərini Fərəməz Azəri, Babək Hakır və Azad Mirkan kimi təqdim edirlər.

AzadlıqRadiosu öyrənib ki, bu gənclərin əsl adları 16 dekabr 1995-ci il təvəllüdlü Mobil Tağızadə, 6 noyabr 1994-cü il təvəllüdlü Sənan Güləhmədov və Məmmədhüseyn Rüstəmovdur. Onlardan ikisi İldırım Beyazit, biri isə Turqut Ozal Universitetində oxuyublar.

Mobil Tağızadə Facebook sosial şəbəkəsində son statusunu aprelin 12-də yazıb. Kapitalist sisteminə aid həmin statusda sosialistlərin apardığı mübarizədən bəhs olunur.

MTN PPK-YA QOŞULAN TƏLƏBLƏRLƏ BAĞLI ARAŞDIRMA APARIR

Adının çəkilməsini istəməyən həmin tələbələrdən birinin tanışı AzadlıqRadiosuna deyib ki, otaq yoldaşının PKK-ya qoşulmasından 1,5 il əvvəl şübhələnib:

PKK-ya qoşulduğu deyilən tələbələr - Audio
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00
Direct-ə keçid

“O heç vaxt PKK-ya qoşulduğunu dilinə gətirmirdi, amma söhbətlərindən bunu təxmin etmək olurdu. Son bir ildə dərslərə gəlmirdi, heç kimlə görüşmürdü. Türkiyəyə gələndə hər şey normal idi. Nə oldusa, son bir ildə oldu. Ankarada yeni insanlarla tanış oldu, elə onların da vasitəsilə bu təşkilatı tandı və onlara qoşuldu”.

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyindən bildirilir ki, məsələ araşdırılır. Moderator.az saytı yazır ki, nazirliyin İctimaiyyətlə Əlaqələr Mərkəzi onlarda bu qəbildən olan şəxslərlə bağlı kifayət qədər informasiya olduğunu bildirib:

“Bu qəbildən olan şəxslər barədə MTN-də məlumatlar var və bu istiqamətdə zəruri araşdırmalar aparılır”.

Tələbələrin valideynləri AzadlıqRadiosuna bununla bağlı şərh vermək istəməyiblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG