Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:25

2018-ci ildə keçiriləcək futbol üzrə Dünya Çempionatının seçmə mərhələsinin püşkatma mərasimində Azərbaycan və Ermənistan yığmalarıbir qrupa düşməyəcək.

UEFA-nın məlumatına görə, Azərbaycan millisi 5-ci səbətdə yer alıb.

Həmçinin Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Litva və Moldova yıxmaları bu səbətə salınıb.

Bu o deməkdir ki, Azərbaycan millisi seçmə mərhələdə həmin komandalarla eyni qrupa düşməyəcək.

1-ci səbət: Almaniya, Belçika, Hollandiya, Rumıniya, İngiltərə, Uels, İspaniya, Portuqaliya, İtaliya/Xorvatiya

2-ci səbət: İtaliya/Xorvatiya, İsveçrə, Avstriya, Slovakiya, Çexiya, Fransa, İslandiya, Danimarka, Bosniya və Herseqovina

3-cü səbət: Polşa, Ukrayna, Şotlandiya, Macarıstan, İsveç, Albaniya, Şimali İrlandiya, Yunanıstan, Serbiya

4-cü səbət: Türkiyə, Sloveniya, İsrail, İrlandiya, Norveç, Bolqarıstan, Farer adaları, Çernoqoriya, Estoniya

5-ci səbət: Kipr, Azərbaycan, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Litva və Moldova

6-cı səbət: Qazaxıstan, Lüksemburq, Lixtenşteyn, Gürcüstan, Malta, San Marino, Andorra

Püşkatma mərasimi bu il iyulun 25-də Sankt-Peterburqda keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG