Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:13

YAP: İsveçrə Emin Hüseynovu qaçırıb


Siyavuş Novruzov
Siyavuş Novruzov

-

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun rəhbəri, 10 aydır İsveçrənin Azərbaycandakı səfirliyində saxlanılan Emin Hüseynovun ölkədən çıxarılmasına münasibət bildirib.

S.Novruzov report.az-a açıqlamasında deyib ki, Emin Hüseynovu Azərbaycandan gizli yolla aparıblar və onun ölkədən bu cür çıxarılması qanunsuzluqdur.

YAP icra katibinin müavini bildirib ki, RATİ rəhbəri Azərbaycandakı fəaliyyəti ilə bağlı qanun qarşısında cavab verməlidir:

«İsveçrənin Azərbaycandakı səfirliyi Emin Hüseynovu uzun müddət gizlətdi. Ona verilən 1 milyon 500 min manat qrantın 160 min manatı vergiyə ödənilməli idi. Vergidən yayınma ağır cinayət hesab olunur. Bu maliyyənin bir hissəsini onu verən təşkilat mənimsəyib, müəyyən hissəsi də təyinatdan kənar, başqa istiqamətlərə-dövlət əleyhinə işlərin aparılmasına, kütləvi iğtişaşlara insanların cəlb edilməsinə xərclənib. Bu şəxsin izini itirməkdən ötrü neytral bir ölkənin-İsveçrənin səfirliyində saxladılar, sonra gizli yolla ölkədən apardılar. Emin Hüseynov siyasi baxışlarına görə təqib olunurdusa, İsveçrə ona siyasi sığınacaq verə bilərdi. Amma iqtisadi cinayət törədən şəxs səfirliyin binasında saxlanılırdısa, deməli, burada maraq başqa idi».

RATİ rəhbəri Emin Hüseynov bu ilin iyununda saxlanıldığı İsveçrənin Azərbaycandakı səfirliyinin binasından çıxarılıb və İsveçrə xarici işlər naziri Didier Burkhalter-in təyyarəsi ilə ölkədən aparılıb.

Bunu İsveçrənin Xarici İşlər Nazirliyindən bildiriblər.

Nazirliyin rəsmisi Jean-Marc Crevoisier ATS agentliyinə deyib ki, E.Hüseynovun ölkədən çıxarılması iki ölkə arasında uzun danışıqlar nəticəsində baş tutub.

XS
SM
MD
LG