Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:08

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda baş verən daşqına görə, Tbilisi meriyasına yardım göstərib.

APA-nın məlumatına görə, SOCAR-ın Gürcüstandakı törəmə şirkəti olan “SOCAR Energy Georgia”” zərər çəkmiş paytaxt sakinlərinə yardım üçün ilkin olaraq 50 min lari (təxminən 24 000 manat) vəsait ayırıb.

Bundan başqa Tbilisi meriyasının sosial problemlərlə məşğul olan xidməti 10 000 litr yanacaqla təmin edilib.

Şirkətin rəhbərliyi yardımla bağlı digər variantları da nəzərdən keçirir.

İyunun 14-də Tbilisidə baş verən daşqın nəticəsində 15 nəfər ölüb.

Daşqın nəticəsində ölkəyə azı 18 milyon dollar məbləğində ziyan dəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG