Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:14

Agatha Christie-dən... yemək reseptləri


Agatha Christie (1891 - 1976)
Agatha Christie (1891 - 1976)

-

Agatha Christie-nin (1890-1976) əsərlərinin motivləri əsasında hazırlanan «Kremlər və cəzalar» (Creams and Punishments) adlanan kitab bu ilin sentyabrında işıq üzü görəcək.

«The Guardian» bildirir ki, kitab Britaniyada-Torkidə yazıçının doğulduğu evdə təqdim olunacaq.

Həmin ay Torkidə «detektivlər şahzadəsi»nin anadan olmasının 125 illiyinə həsr olunmuş festival keçiriləcək.

Kitabda Christie-nin personajlarının içinə zəhər qatdıqları yeməklərin reseptləri toplanıb.

Kitabın müəllifi-fransız yazıçısı Anne Martinett təqdimetmə mərasimində təkcə yeməklərdən danışmayacaq, həm də həmin yeməkləri, təbii ki,zəhərsiz hazırlayıb qonaqlara paylayacaq.

Anne Martinett yazıçının əsərlərində təsvir etdiyi bütün yeməklərə zəhər qatılmadığını da bildirib. Yazıçı romanlarında və hekayələrində, yeri gəldikcə, müxtəlif yemək reseptlərini də xatırladıb.

Amma etiraf etmək lazımdır ki, zəhər Agatha Christie-nin əsərlərində yararlandığı ən populyar ölüm vasitəsi olub.

Yazıçı müxtəlif kimyəvi maddələr və dərmanlar barədə geniş bilgi sahibi olub və hətta iki dünya müharibəsi zamanı könüllü həkim də çalışıb.

Christie-nin detektivləri ötən əsrin 20-ci illərində çap olunan kimi populyarlaşıb.

Yazıçı 80 roman və hekayə toplusunun, 19 pyesin müəllifidir.

Onun əsərləri dünyanın 70 dilinə çevrilib və tirajına görə ancaq Bibliyadan və Shakespeare əsərlərindən geri qalır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG