Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:28

-

"Qorxmaz, dönməz baxışına görə..."

Britaniya şairi və jurnalisti James Fenton azad sözə həsr olunmuş Pen Pinter mükafatınınn qalibi olub.

Yazıçı Harold Pinter-in şərəfinə yaradılan mükafat James Fentona "dünyaya qorxmaz, dönməz baxışına görə" verilib. English Pen-in prezidenti Maureen Freely (oxucular onu Orxan Pamuk romanlarının ingiliscəyə tərcüməçisi kimi də tanıyırlar) Fentonu öz nəslinin ən yaxşı şairlərindən biri adlandırıb.

Mükafat oktyabrda Britaniya Kitabxanasında təqdim olunacaq. Həmin vaxta qədər təqiblərlə üzləşən bir dünya yazıçısı da seçiləck və mərasimdə o da mükafatlandırılacaq.

Bu ikinci qalibi birinci yerin sahibi Fenton və Pen təşkilatı birlikdə seçəcəklər.

Maureen Freely qalib şair haqqında deyib: “Uzun və nəzərəçarpan karyerası boyunca James Fenton həmişə güclərə qarşı ötkəm, qorxusuz və gözəl şəkildə həqiqəti söyləyib.”

Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG