Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:35

Seymur Baycanın yeni kitabı çıxıb


Seymur Baycan Book
Seymur Baycan Book

-

"Adsız itin qayıdışı" 26 hekayədən ibarətdir

Seymur Baycanın “Adsız itin qayıdışı” adlı yeni kitabı “Alatoran Yayınları”nda çap olunub. Kitabda uşaq dililə sadə yazılmış 26 hekayə var, onların 20-si yeni, əvvəllər çap olunmamış hekayələrdir. Kitabın ilkin qaralama adı "26-lar" olub.

“Adsız itin qayıdışı” kitabındakı hekayələrdə Sovet vaxtı ilə Sovetdən sonrakı dövrə aid xatirələr yer alır.

Kitaba daxil olan hekayələr redaktə olunmayıb. Seymur Baycan bunu belə izah edib: “Səhvlərimlə, nöqsanlarımla necə varamsa, elə görünmək istədim. Bütün səhvlər mənə məxsusdur."

Oxu zalı

XS
SM
MD
LG