Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:01

-

İnsan haqları fəalı və jurnalist Emin Hüseynovun ölkədən təhlükəsiz çıxarılması yaxşı haldır. ATƏT Parlament Assambleyasının Demokratiya, İnsan haqları və Humanitar Məsələlər Komitəsinin sədri Isabel Santos iyunun 15-də yaydığı bəyanatda Azərbaycan hökumətinin bu qərarını alqışlayıb. O, eyni zamanda ATƏT-in insan haqları öhdəliklərinin yerinə yetirilməsi üçün daha çox iş görməyə çağırıb.

“Hakimiyyətin cənab Hüseynova ölkədən çıxmaq izni verməsi alqışlanası haldır. İsveçrə hökumətinin qətiyyətini, buna nail olmasını alqışlayıram. Ancaq vətəndaş cəmiyyəti liderinin öz ölkə rəhbərliyi tərəfindən qaçmağa məcbur edilməsi də kədərlidir. Ümid edirəm bu, Avropa Oyunları münasibətilə hökumətin sadəcə bir jesti deyil, insan haqları sahəsində gərəkən, fundamental əks-prosesin başlanğıcıdır”.

“Azərbaycan dərhal ATƏT öhdəliklərini ciddiyə almalı, hazırda həbsdə olan vicdan məhbusları və siyasi məhbusları buraxmalıdır. İntiqam Əliyev, Xədicə İsmayılova, Rəsul Cəfərov, Anar Məmmədli və Leyla Yunus da onların içindədir,” Santos deyib.

Emin Hüseynov ötən ilin avqustundan İsveçrə səfirliyinə sığınmışdı. O, ötən həftəsonu, Avropa Oyunlarının açılışından bir gün sonra İsveçrə xarici işlər nazirinin təyyarəsində ölkədən çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG