Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:07

-

"Ərəbistan Yarımadasında Al-Qaeda"nın yəmənli liderinin ABŞ-ın hava zərbəsində öldürüldüyü bildirilir. Məlumatı xəbər agentlikləri yunun 15-də yayıb. Nasser al-Wuhayshi-nin iyunun 12-də Hadramount regionunda öldürüldüyü söylənir. O, Al-Qaeda lideri Osama bin Laden-in yaxın müttəfiqi idi.

Dpa terrorçunun öldürüldüyü yerin Mukalla olduğunu yazır. Al-Qaeda hələlik şərh verməsə də, qrup tərəfdarları bu ölüm hadisəsi barədə tvit yayıblar.

Al-Wuhayshi Al-Qaedada Ayman al-Zawahiri-dən sonra ikinci şəxs idi. O, ABŞ ərazisində hücumlar planlaşdırılmasına görə ən çox axtarılan fiqurlardan sayılır. Hazırda ABŞ onun öldürülməsi barədə xəbərləri araşdırır.

Wuhayshi ötən həftə ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin pilotsuz təyyarəsi ilə hədəfə alınıb. Bunu rəsmilər Washington Post-a deyib. “Onun ölümünü təsdiqlətmək istəyirik, ancaq indilik edə bilmirik,” ABŞ kəşfiyyat rəsmisi qəzetə söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG