Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:07

I Avropa Oyunlarında 48 kiloqram çəki dərəcəsində qadınlar arasında sərbəst güləşdə Azərbaycan yığmasının lideri Mariya Stadnik qızıl medal əldə edib.

Final görüşündə o, bolqarıstanlı Eltsa Yankovanı məğlub edib. Görüş 12-1 hesabı ilə vaxtından əvvəl başa çatıb.

O 48 kq çəki dərəcəsində bütün rəqiblərini udub.

Güləşçinin finalda bolqarıstanlı idmançı Elitsa Yankova üzərində qələbəsini Azərbaycan prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da canlı izləyib.

Ona qızıl medalı da məhz Mehriban Əliyeva təqdim edib.

Stadnik dünya və Avropa çempionudur.

Bununla Azərbaycan millisinin Bakı-2015-də qazandığı qızıl medalların sayı 7-yə çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG