Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:22

İyunun 12-də Bakı-2015 Birinci Avropa Oyunlarının açılış mərasimindən sonra əhali bağlanış mərasiminə də bilet alır.

Satış məntəqələrində növbələr yarandığı bildirilir.

Satış məntəqəsindən verilən məlumata görə, açılış mәrasimindәn sonra bağlanış mәrasiminә 8 min, ötən gün isə 15 min bilet satılıb.

Artıq 10 və 20 manatlıq biletlər qurtarıb vəhazırda yalnız 50 manatlıq biletlər qalıb.

Satış təmsilçisi Vahid Qayıbxanov APA-ya bildirib ki,nəinki bağlanış mərasimi, oyunların özünə də demək olar ki, çox az yer qalıb.

Onun sözlərinə görə, tamaşaçılar arasında güləş, boks, cüdo, voleybol vəüzgüçülüyə maraq daha çoxdur.

Biletləri satış məntəqələri və Bakı Avropa Oyunlarının rəsmi saytından onlayn şəkildə almaq olar.

XS
SM
MD
LG