Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:07

Duma Capellonun istefasını tələb edir


Fabio Capello
Fabio Capello

Rusiyanın Dövlət Duması Rusiya futbol millisinin baş məşqçisi Fabio Capeelonun istefasını tələb edib.

İdman komitəsinin rəhbəri İgor Anansky bildirib ki, Rusiya millisinin öz meydanında Avstriya yığmasına məğlub olmasından sonra etiraf etmək lazımdır ki, Capello komandaya xeyir gətirə bilmir.

O qeyd edib ki, iyunun 14-də keçirilən oyun göstərdi ki, biz irəli yox, sürətlə geri gedirik.

Dövlət Dumasının sədr müavini İgor Lebedev də bildirib ki, yığmanın belə bir oyun nümayiş etdirməsi göstərir ki, Rusiya 2018-ci il dünya çempionatına ev sahibliyindən imtina eləməlidir.

Həmçinin Rusiya Futbol İttifaqı icra komitəsinin üzvü Anatoliy Vorobev Capellonun istefasının vacibliyini bildirib.

O qeyd edib ki, əgər Capello yaxın vaxtlarda özü getməsə, Futbol İttifaqı yaxın vaxtlarda bu barədə məsələ qaldıracaq.

Rusiya millisi iyunun 14-də Avropa çempionatına seçmə oyunlar çərçivəsində öz meydanında Avstriya yığmasına 0:1 hesabı ilə məğlubb olub.

Komanda 6 oyundan sonra G qrupunda 3-cü yerdədir.

Komanda Avstriyadan 8, İsveçdən isə 4 xal geridə qalır.

Capello Rusiya yığmasını 2012-ci ildən çalışdırır.

Onun illik gəliri təxminən 7 milyon avrodur.

Əgər müqavilə 2018-ci ildən tez dayandırılsa, Rusiya məşqçiyə təxminən 30 milyon avro ödəməli olacaq.

XS
SM
MD
LG