Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:35

Azərbaycan idmançılarından daha bir medal


Foto illüstrasiya
Foto illüstrasiya

-

İyunun 15-də «Bakı-2015» I Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlarda ilk mükafatçılar müəyyənləşib.

Milli Gimnastika Arenasındakı yarışların 2-ci günündə kişi komandaların mübarizəsinə yekun vurulub.

apa-nın məlumatına görə, 26 komandanın mübarizəyə başladığı yarışda heyətində Oleg Stepko, Petro PaknyukEldar Səfərovun çıxış etdiyi Azərbaycan millisi Avropa Oyunlarının bürünc mükafatçısı olub.

6 hərəkətin cəmində 174.195 xal qazanan yığma yalnız Rusiya (178.963) və Ukraynadan (177.429) geri qalıb.

Bu, Azərbaycan yığmasının Oyunlarda 15-ci medalıdır. Bunadək komanda 7 qızıl, 2 gümüş və 5 bürünc mükafata yiyələnib.

XS
SM
MD
LG