Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:20

Londonda İlham Əliyevin ailəsinə məxsus imarət


-

"Bu gün İlham Əliyevin prezident maaşı ildə 230 min dollar civarındadır.

Sual yaranır: necə olur ki, o, Londonun ən bahalı məhəlləsində belə böyük ev ala bilir?!"

Mütəşəkkil Cinayətlərin və Korrupsiyanın Araşdırılması layihəsi -­ OCCRP–nin «Xədicə» layihəsi çərçivəsində növbəti, 3-cü araşdırması dərc olunub.

Araşdırma Böyük Britaniyanın paytaxtı Londonun şimalında, Hampstead Lane adlanan ərazidə, olduqca bahalı məhəllədəki qiyməti 25 milyon dollardan artıq olması güman edilən imarətin Azərbaycan prezidenti İlham Əliyevin ailəsinə məxsus olduğunu sübut edən sənədləri üzə çıxardığını iddia edir.

Əliyevin qonşularından biri "Arsenal" futbol klubunun sahiblərindən olan rusiyalı milyarder Alisher Usmanovdur: Bir tin aşağıda yerləşən imarət 2008-ci ildə Usmanova 76 milyon dollara satılıb.

Əliyevlərə aid olduğu deyilən, qırmızı kərpicdən tikilmiş imarət Londonun şimalında, Hampstead Lane adlanan ərazidə, turist səs-küyündən uzaq, yaşıl yarpaqların əhatəsində yerləşən qayğısız birvahədə yerləşir.

Tikilini təhlükəsizlik darvazaları mühafizə edir, qalın divarlar onu kənar gözlərdən qoruyur, iri pəncərələrinə pərdələr çəkilib.

Əliyevin qonşuları zənginlərdir. İmarətdən bir tin aşağıda “Arsenal” futbol klubunun sahiblərindən biri Alisher Usmanovun 2008-ci ildə 76 milyon dollara aldığı malikanə ucalır.

Əsas yoldan imarətə aparan enli cığırla köhnəlmiş “Fiat Punto” avtomobilləri imarətə qulluq edən adamları aparıb-gətirir.

Bura Londonun qədim, bahalı məhəllələrindən biridir.

Yolun o biri üzündə baronlara məxsus,17-ci əsrdə toy tortu şəklində inşa olunmuş böyük imarət - Kenwood House ucalır.

Köhnə sakinlərin narazılığına rəğmən son illər oliqarxlar bu ərazidə bahalı evlər almağa başlayıblar.

İlham Əliyev və xanımı Mehriban Əliyeva

İlham Əliyev və xanımı Mehriban Əliyeva

Londonda daşınmaz əmlakın qiyməti təkcə 2013-cü ildən 2014-cü ilə qədər 26 faiz bahalaşıb, indi bu ərazidəki evlər super varlılar üçün fantastik investisiya sayıla bilər.

Əliyevlərin Londondakı malikanəsi1998-ci ildə İlham Əliyev Dövlət Neft Şirkətinin vitse-prezidenti olan zaman alınıb. İmarətə həmin dövrdə nə qədər pul ödəndiyi, İlham Əliyevin həmin dövrdə maaşının nə qədər olması məlum deyil.

İmarətin memarları onu“Yaşıl düzənlikdəki imarət” (“Mansion on the Heath”) adlandırır.

Torpaq qeydiyyatı məlumatlarına görə,“Hampstead Lane” dəki evin sahibi Əliyevlərə məxsus və “İsle of Man” ofşor zonasında qeydiyyatdan keçmiş "Beckforth Services Limited"dir.

İmarət Əliyev ailəsinin arabir gəlib yaşamaq üçün aldığı çoxlu sayda imarətlərdən yalnız biridir - onun Moskvada və Bakıda da evləri var.

Əliyevlər Dövlət Neft Şirkətinin ünvanını şəxsi ünvan kimi göstəriblər

Bu gün İlham Əliyevin prezident maaşı ildə 230 min dollar civarındadır. Sual yaranır: necə olur ki, o, Londonun ən bahalı məhəlləsində belə böyük ev ala bilir?!

İlham Əliyev bu suala cavabında haqlı olaraq deyə bilər ki, malikanə artıq onun deyil. Belə ki, "Beckforth Services Limited"in sənədlərinə əsasən, İlham Əliyev və xanımı Mehriban Əliyeva öz paylarını 2010-cu ildə böyük qızları Leyla Əliyevanın adına keçiriblər, indi bütün səhmlər ona məxsusdur.

Əliyevlərin Londondakı mənzilinin dəyəri məlum deyil, amma 2013-cü ildə qapıbir qonşunun evinin qiyməti 26 milyon dollardan baha olub.

Şirkətin sənədləri başqa bir maraqlı anomaliyanı üzə çıxarır: belə ki, şirkət qeydiyyatdan keçəndə İlham və Mehriban Əliyevlər şəxsi ünvan kimi Dövlət Neft Şirkətinin yerləşdiyi ünvanı göstəriblər.

Leyla Əliyeva

Leyla Əliyeva

Nüfuzlu memarlıq şirkəti- SHH-in internet saytındakı məlumatlardan məlum olur ki, aldıqları zaman, ev yenicə təmirdən çıxmasına baxmayaraq, Əliyevlər onu genişləndirməyə və yenidən dekorasiya etdirməyə ehtiyac görüblər. Əliyevlər Fransanın Cote d'Azur regionundan təsirlənmiş bir interyer dizayn üçün təkid ediblər.

Məlumatlar göstərir ki, Əliyevlərin "Beckforth Services Limited" şirkəti SHH şirkətinə imarətdə “memarlıq təmiri” işləri həyata keçirmək üçün vəsait ödəyib.

Bura həm də əsas yataq otağını genişləndirmək və yeraltı parkinq lifti quraşdırmaq daxil olub.

Əliyevlərin milyonçu qonşuları

Əliyevin qonşuları zənginlərdir. İmarətdən bir tin aşağıda “Arsenal” futbol klubunun sahiblərindən biri Alisher Usmanovun 2008-ci ildə 76 milyon dollara aldığı malikanə ucalır.

Əliyevlərin Londondakı mənzilinin dəyəri məlum deyil, amma 2013-cü ildə qapıbir qonşunun evinin qiyməti 26 milyon dollardan baha olub.

SHH-in apardığı təmir işlərini nəzərə alanda, Əliyevlərin evi qonşunun evindən qat-qat baha olmalıdır. SHH-in müştəriləri arasında Səudiyyə Ərəbistanından olan varlılar, moda dizayneri Tom Ford da var.

Əliyevlərin Londondakı imarətini almış ofşor şirkəti haqda ətraflı

Azərbaycan prezidenti İlham Əliyev və onun xanımı Dövlət Neft Şirkətinin binasının yerləşdiyi Neftçilər prospekti 73 ünvanını şəxsi ünvan kimi qeyd ediblər.

Əliyevlər London imarətini birbaşa yox, "Beckforth Services Limited" vasitəsilə alıblar.

Zənginlər öz adları ictimai açıq olan qeydiyyat sənədlərində görünməsin deyə, bəzən bu yoldan istifadə edirlər.

Azərbaycan Dövlət Neft Şirkətinin binası

Azərbaycan Dövlət Neft Şirkətinin binası

Bununla belə, Beckforth Service -in sənədləri göstərir ki, imarətin həqiqi sahibləri Əliyevlərdir. Azərbaycan prezidenti İlham Əliyev və onun xanımı Dövlət Neft Şirkətinin binasının yerləşdiyi Neftçilər prospekti 73 ünvanını şəxsi ünvan kimi qeyd ediblər.

"Beckforth Service Limited"in maraqlı tarixçəsi var: bu şirkət SMP Partners Limited-in köməyi ilə idarə olunur. Ofşor “İsle of Man” ərazisində qumar lisenziyalarının qeydiyyatı xidmətinin böyük bir hissəsi bu şirkətin əlindədir. Şirkət həmçinin varlı müştərilərə yaxta və təyyarə menecmenti xidməti təklif edir.

Ola bilsin ki, "Beckforth Services Limited" adı rəsmi sənədlərdə görünən, əslində isə şirkətin idarə olunmasında iştirak etməyən qurama “direktor”lardan istifadə ediblər.

"Beckforth"un direktorlarından biri Edward Petre-Mears Nevis adasında mənzillənib.

“Guardian” qəzeti 2012-ci ildə onun xanımı və biznes tərəfdaşı Sarah-nı “həqiqi olmayan, formal direktor” adlandırıb.

Bu məqalə dərc olunandan bir neçə həftə sonra Edward Əliyevlərin şirkətində direktor vəzifəsindən istefa verib, onun əvəzində indiyə qədər SMP Partners- də müştəri xidmətləri meneceri kimi çalışmış Annethe Heath təyin olunub.

1997-ci ildə Əliyevlərin şirkətinin ilk direktorlarından biri Joel Steinhart adlı mühasib olub.

Linkedin profilində deyilir ki, o, yüksək gəlirli ailələrə və fərdlərə xidmət təklif edir.

"SMP Partners"i təsis və idarə edən "Beckforth Services Limited" də bildirir ki, özəl müştərilərə ailə vəsaitlərini qorumaq, vəsaiti artırmaq xidməti təklif edir və müştərilərin ümumilikdə 6 milyarddan yuxarı vəsaitini idarə edir.

"Beckforth Services" və varidatın idarə olunması arasında əlaqənin olması əslində problemdir - çünki prezident və onun xanımı yüksək gəlirli fərd və ya sahibkar sayıla bilməzlər. Yuxarıda qeyd olunduğu kimi İlham Əliyev prezident kimi ildə 230 min dollar qazanır, ona və xanımına bizneslə məşğul olmaq qanunla qadağandır.

Bununla belə, Əliyevin olduqca bahalı London malikanəsi misalında demək olar ki, prezidentin ailəsi gəlirlərindən daha artıq xərcləyir.

(“Xədicə” layihəsi həbsdə olan jurnalist Xədicə İsmayılovanın yarımçıq qalmış araşdırmalarını davam etdirmək məqsədilə təsis olunub: dünyanın hər yerindən onlarla jurnalist bu layihədə çalışır).

Digər araşdırmaları burdan oxuya bilərsiz:

- Azercell-in payçıları arasında prezident qızlarına bağlı ofşorlar​

- Leyla Əliyeva: "Mənim özümün biznesim var"​

- Qızıl mədənlərində Əliyevlərin payı​

- Prezidentin qızı banka necə sahib oldu?​

Şərhləri göstər

XS
SM
MD
LG