Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:30

-

«Açığı, biz bu qədər qızıl medal gözləmirdik».

Gənclər və idman naziri Azad Rəhimov belə deyib.

İyunun 15-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında «Bakı-2015» I Avropa Oyunlarının mükafatçıları ilə görüş keçirilib.

Görüşdə nazir hazırda Azərbaycan komandasının hesabda birinci yerdə olmasını xüsusi vurğulayıb:

«Hazırda komanda hesabında birinci yerdəyik. Düzdür, gələcəkdə lider dəyişə bilər. Amma 4 gündən sonra birinci yerdə qalmağımız böyük nəticə deməkdir. Yüksəkvəzifəli qonaqlarımız artıq ölkəmizi tərk ediblər. Hamısı təşkilatçılıqdan razılıq bildirdilər, belə təşkilatçılıq gözləmədiklərini dedilər. Onların bu cür açıqlamalarına sevinirik. Biz göstərdik ki, Azərbaycan idman ölkəsidir, böyük tədbirlər qəbul etməyə hazırdır. İdmançılarımızdan bu gün və sabah da medallar gözləyirik. Komanda bir ürək kimi döyünür. Medalçılarımızı bir daha təbrik edirəm, qarşıdakı günlərdə yarışacaq idmançılara uğurlar arzulayıram».

Daha sonra medalçılar xüsusi şərəf lövhəsinə imza atıblar və onlara hədiyyələr təqdim olunub. Həmçinin medalçıların şərəfinə tort kəsilib.

Son nəticəyə görə, Azərbaycan idmançılarından 6 nəfər qızıl, 2 nəfər gümüş və 5 nəfər bürünc medal qazanıb.

XS
SM
MD
LG