Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:28

Kometanın səthinə düşən “File” aparatı 7 aylıq yuxudan ayılaraq yerlə əlaqəyə girib.

Bu barədə Avropanın kosmik agentliyi məlumat yayıb.

Zond ötən ilin noyabrında Kometanın buzlu səthinə düşüb və bundan sonra 60 saat ərzində yerə məlumatlar göndərib.

Amma batareyası qurtardığına görə, fəaliyyətini dayandırmalı olmuşdu.

Alimlər ümid edirdi ki, Kometa günəşə yaxınlaşanda aparat lazımınca enerji yığacaq və yenidən işə düşəcək.

Belə də oldu, aparat iyunun 13-də oyanaraq yerə siqnal göndərib.

“File” zondu Kometaya düşən ilk kosmik aparatdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG