Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:44

-

Kitab dükanında tapa bilməyəcəyin şeir kitabı

Ahlam al Nasr cihada, öldürməyə səsləyən şeirlər yazır

"İŞİD qruplaşması 14 oktyabr, 2014-cü ildə sosial şəbəkələrdə liderlərindən biri, Vyanada doğulmuş Abu Usama al-Qaribin Suriyanın Rəqqa şəhərində şairə Ahlam al-Nasr ilə evləndiyi haqda xəbər yaydı."

Belə başlayır "New Yorker" jurnalı "Döyüş sətirləri. Cihadçılar niyə şeir yazırlar? Onların şeirlərini oxu" adlı yazısına.

Bu xəbəri maraqlı edən terrorçu İŞİD-in şairəsi kimi tanınan Ahlam al-Nasr, 20 yaşlarında olan gənc qadının döyüşə, öldürməyə səsləyən şeirləridir.

Keçən yay onun “Həqiqət atəşi” şeiri yazılan kimi sosial şəbəkələrdə İslam döyüşçüləri arasında sürətlə paylaşılırdı. “Həqiqət atəşi” həm də onun ilk kitabının adıdır.

Kitabda ərəbcə 107 şeir var. Bunlar cihada səsləyən şeirlər, ölmüş mücahidlərə elegiyalar, qələbə odalarıdır. Şeirlər sərbəst vəzndə, monoritmdə yazılıb.

Ahram al-Nasr haqqında məlumat azdır. Onun Dəməşqdə doğulduğu deyilir. Anası hüquq professorudur, onun haqqında “doğulanda danışırdı” deyib. Şeir yazmağa yeniyetmə vaxtlarında başlayıb, ilk mövzuları Fələstin haqqında olub.

2011-ci ilin yayında Suriyada Bəşər Əsəd əleyhinə etirazlar başlananda al-Nasr etirazçıların tərəfini tutub. Onun şeirlərinin radikallaşmasında həmin hadisələr zamanı gördüklərinin böyük rolu olub.

“Güllələri beyinlərimizi zəlzələ kimi silkələyirdi

ən güclü sümüklərimiz də çatlayır, sınırdı

boğazımızı deşir, əllərimizin dərisini soyurdular

bu, anatomiya dərsi kimi idi!

Küçələrdəki qanı yumaq üçün şlanqdan su tuturdular

Fəryad tökülürdü buludlardan”

O, özünü terrorçu İŞİD qruplaşmasının xəlifəsi elan etmiş Əbu Bəkr al-Bağdadi haqqında tərifli şeirlər yazıb. Bundan sonra rəsmi propoqadaçı kimi bir statusu əmələ gəlib.

O, təkcə şeir yazmır. Həm də İordaniyalı pilot Moaz al-Kaasasbehin fevral ayında diri-diri yandırılması haqda rəhbərliyin qərarını dəstəkləyən 30 səhifəlik esse yazıb.

Yazılarında və şeirlərində terrorçu İŞİD qruplaşmasının qurduğu cəmiyyəti belə tərif edir: “Xilafətdə mən örtüklü qadınlar görürəm, hamı bir-birinə hörmətlə davranır və adamlar namaz vaxtı dükanlarını bağlayırlar.”

Bütün dünya döyüşlərdə iztirab çəkən uşaqlar haqqında danışdığı vaxt şairə bu mövzuya belə yanaşır:

“Uşaqlar silah zənn etdikləri çubuqla oynayırlar,

kafirləri, imansızları öldürürlər oyunlarında”.

Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG