Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:24

-

«Biz Azərbaycan və Ermənistan arasındakı mәsәlәlәrә müdaxilə edə bilmərik».

Bunu Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının sədri Spiros Kapralos erməni idmançılara münasibətlə bağlı suala cavab verərkən deyib.

apa-nın yazdığına görə, o bildirib ki, oyun meydançalarında rəqabət normal şəkildə həyata keçirilir: «Oyunlar üçün normal ab-hava yaradılıb».

Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Simon Clegg isә qeyd edib ki, erməni medalçı Migran Arutunyan açıqlamasında azərbaycanlıların onu yaxşı qarşıladığını söyləyib və buna görә təşəkkür edib.

«Bu, idmanın gücünü göstərir» - S.Clegg bildirib.

S.Kapralos Azərbaycanın idman sahəsinə böyük vəsait yatırdığını da vurğulayıb:

«Azərbaycan bundan sonra «Formula 1», Şahmat Olimpiadası, İslam Həmrəyliyi Oyunları vә futbol üzrə Avro 2020-nin yarışlarına ev sahibliyi edәcәk. Bunlar hamısı onu göstәrir ki, Azәrbaycanda Olmpiya Oyunlarının keçirilmәsi üçün böyük imkan var».

Şərhləri göstər

XS
SM
MD
LG