Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:31

Ermənistanı xofda saxlayan Bakı görüşləri


İlham Əliyev, Vladimir Putin və Serzh Sargsyan Soçidə sambo turnirini izləyirlər, 2014
İlham Əliyev, Vladimir Putin və Serzh Sargsyan Soçidə sambo turnirini izləyirlər, 2014

-

«Yeni Müsavat» qəzeti yazır ki, Kreml başçısının Bakıda Əliyev və Erdoğan-la quruca təmaslarının özü Ermənistanın narahatlığı üçün yetərlidir. «Çünki Yerevan Rusiyanın Türkiyə və Azərbaycanla münasibətlərinin soyuq olmasında maraqlıdır və bu üç ölkənin hər hansı formatda, səviyyədə yaxınlaşmasından ciddi şəkildə təlaşlanır - ilk növbədə də Qarabağa görə».

Yazı müəllifi rusiyalı tanınmış hərbi ekspert Pavel Felgenhauer-in Avropa Oyunlarından sonra Qarabağ zonasında vəziyyətin dəyişə biləcəyi ilə bağlı dediklərini vurğulayır.

Yada salaq ki, az öncə bəzi rusiyalı ekspertlər Yerevana səfər çərçivəsində bildirmişdilər ki, Avropa Oyunlarından sonra Bakının əl-qolu açılacaq və Minsk Qrupunun fəaliyyətindən narazı olduğu üçün o, genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq.

«Mən gərginliyin artacağını düşünməyə meylliyəm. Ola bilsin, bu, əvvəlki dönəmlə müqayisədə daha intensiv xarakter alsın. Ancaq bunun bütün cəbhə xətti boyu yayılacağı inandırıcı görünmür. Belə genişmiqyaslı əməliyyatlar üçün ilk növbədə hazırlıq işləri aparılmalı, qüvvələr səfərbər edilməli, müvafiq qüvvələr təmas xətti boyu yerləşdirilməlidir. Hələ ki, bu hərəkətlər yoxdur. Üstəlik də belə hərəkətləri gizlətmək də mümkün deyil. Bununla belə, ciddi hərbi qarşıdurmalar mümkündür» - vurğulayıb hərbi analitik.

Daha sonra müəllif yada salır ki, Avropa Oyunlarından sonra müharibənin mümkünlüyü barədə Minsk Qrupunun amerikalı həmsədri James Warlick də Bakı və Yerevana son səfəri çərçivəsində bildirmişdi. «Nəticəsiz sülh danışıqlarından bezən Azərbaycanın Avropa Yay Oyunlarından sonra bir neçə rayonu azad etməyə başlaya biləcəyinin mümkünlüyünü həmçinin də yerli ekspertlər (Elxan Şahinoğlu) dilə gətirmişdi - bir şərtlə ki, Rusiya məsələyə qarışmasın, neytrallıq göstərsin.

Büdcə. Rəşid Şerifin karikaturası.
Büdcə. Rəşid Şerifin karikaturası.

Bəs Bakı bu neytrallıqla bağlı Putin-dən təminat ala bildimi və aldısa, o zaman nəyin qarşılığında? Suallara cavabları, yəqin ki, çox gözləməli olmayacağıq.

BÜDCƏDƏ 2 MİLYARDLIQ KƏSİR PROBLEMİ

«Azadlıq» qəzeti iqtisadçı-ekspert Rövşən Ağayevə istinadən yazır ki, bu ilin 4 aylıq büdcə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz (1.1 milyard manat) az icra olunub. Ekspert deyir ki, büdcə icrasındakı bu azalma tempi sonrakı aylarda da davam etsə, büdcə gəlirləri planlaşdırılan 18.6 milyard manata qarşı maksimum 16.5-17 milyard manat icra olunacaq. Belə olacağı təqdirdə proqnoz edilən xərcləri icra etmək üçün hökumətə əlavə 4.5 milyard manat vəsait lazım olacaq: «Bunun təxminən 1.8 milyard manatı artıq var. Büdcə ehtiyatı kimi saxlanan və büdcə kəsirini örtməyə yönəldiləcək sərbəst büdcə qalığını nəzərdə tuturam. Ən azı 1.5-2 milyard manatın isə investisiya xərcləri hesabına ixtisarı indidən real görünür».

İqtisadçı Oqtay Haqverdiyev isə bildirir ki, əslində büdcə ilə bağlı proqnozlarda 1.6 milyard kəsirin ola biləcəyi qeyd edilib: «Məhz neftin qiyməti aşağı düşdüyünə görə gəlirlər hissəsi kəsirlə olacaq. Manatın devalvasiyası baş verməsəydi, büdcə kəsiri daha çox ola bilərdi. Manatın devalvasiyası büdcəyə bir qədər köməklik etdi. İlin sonuna qədər hazırkı vəziyyət qalsa, büdcə üçün daha yaxşı ola bilər. Çünki belə proqnozlar var ki, neftin qiyməti bir qədər düşə bilər. Bu isə büdcə üçün yaxşı hal deyil. Hər şey büdcə xərclərindən asılıdır. Büdcə xərclərini azalda biləriksə, büdcə kəsirini həll etmək olar. Bu il investisiya xərclərini azaltmaq olar. Hazırda bu istiqamətdə iş də gedir. Bəzi iri layihələr gələn ilə saxlanılıb».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG