Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:02

Cənubi Koreyada Yaxın Şərq Respirator Sindromundan (MERS) daha bir nəfər dünyasını dəyişib

-

Cənubi Koreyada Yaxın Şərq Respirator Sindromundan (MERS) daha bir nəfər dünyasını dəyişib.

Beləliklə bu virusdan ölənlərin sayı 16-ya çatıb. MERS bir ay əvvəl yayılmağa başlayıb.

Rəsmilər Cənubi Koreyada daha 5 nəfərin yoluxduğunu bildirir. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 150 olub.

Seulda yoluxma hallarının təxminən yarısının mənbəyi sayılan bir xəstəxana fəaliyyətini demək olar dayandırıb. Ölkədə 5200 nəfər karantindədir.

MERS-ə qarşı vaksin yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu virusdan ölüm halları 36 faizə yaxındır.

Günün bütün mövzuları

XS
SM
MD
LG