Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:36

İyunun 14-də Sudanın məhkum olunmuş prezidenti Omar al-Bashir-in Cənubi Afrikadan çıxışına qadağa qoyulub. Bashir Afrika Birliyinin sammitində iştirak edirdi

-

İyunun 14-də Sudanın məhkum olunmuş prezidenti Omar al-Bashir-in Cənubi Afrikadan çıxışına qadağa qoyulub. Bashir Afrika Birliyinin sammitində iştirak edirdi.

Hakim bildirib ki, Bashir-in Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) təslim olunmasına dair qərar verilənədək o, Cənubi Afrikada qalmalı olacaq.

ICC Cənubi Afrikanı Bashir-i həbs etməyə çağırmışdı. O, Darfur münaqişəsində hərbi cinayətlər, bəşəriyyətə qarşı cinayətlər və soyqırımında ittiham olunur. İttihamlar ona ilk dəfə 2009-cu ildə irəli sürülüb.

İyunun 15-də məhkəmə Bashir-in həbs olunmasına dair müraciətə baxacaq. Ancaq bu, real görünmür, çünki Cənubi Afrika Afrika Birliyinin bütün nümayəndələrinə toxunulmazlıq verib.

Cənubi Afrika prezidenti Jacob Zuma-nın hakim Afrika Milli Konqresi (ANC) məhkəmənin qərarına qəzəbli reaksiya verib, ICC-ni afrikalıları təkləməkdə ittiham edib.

Darfurda münaqişə 2003-cü ildə başlanıb. Üsyançılar Bashir hökumətinə qarşı çıxıb. BMT bildirir ki, münaqişədə 300 mindən çox adam həlak olub, 2 milyon nəfər didərgin düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG