Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:56

-

Birləşmiş Ştatlar bildirir ki, Liviyada islamçı yaraqlıların lideri Mokhtar Belmokhtar ABŞ hava zərbəsinin hədəfinə tuş gəlib. Pentaqonun məlumatına görə, zərbəni ABŞ təyyarəsi iyunun 13-də endirib. Ancaq Pentaqon Belmokhtar-ın öldürülməsi barədə məlumatı təsdiqləməyib.

Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hökuməti isə bəyan edib ki, Belmokhtar və digər yaraqlılar ölkənin şərqində Ajdabiya şəhərində əməliyyatda öldürülüb. Əvvəllər də Belmokhtar-ın öldürülməsi barədə məlumatlar yayılıb.

Belmokhtar 2013-cü ildə Əlcəzairdə qaz zavoduna hücum planlaşdırmaqda ittiham olunur. Həmin hücumda əsasən xaricilər olmaqla azı 38 nəfər öldürülüb.

2011-ci ildə Muammar Gaddafi devriləndən Liviya çaxnaşma içindədir. Rəqib yaraqlılar hakimiyyət uğrunda savaşmaqdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG