Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:02

ABŞ səfiri: «Azərbaycan həm də göstərd ki...»


-

«Azərbaycan I Avropa Oyunlarının açılış mərasimini möhtəşəm təşkil etdi».

Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

«Mən açılış mərasiminin təşkilatçılarını təbrik etmək istəyirəm. Mərasim təkcə Azərbaycanın tarix və mədəniyyətini göstərmədi, həm də Azərbaycan xalqının gələcəyini Avropanın hissəsi kimi görmək hissini yayımladı».

R.Sekuta əlavə edib ki, Avropa Oyunları kimi beynəlxalq idman tədbirləri müxtəlif ölkələrin nümayəndələrini və mədəniyyətlərini bir araya gətirmək üçün səbəbdir:

«Bu Oyunlar münaqişələrin olduğu və hazırda olan Avropa ölkələrini birləşdirir və buna görə də onlar bizim ümumi məqsədimizə - azad və sülhsevər Avropaya çatmağa xidmət edir».

İyunun 12-də Bakıda ilk Avropa Oyunlarının açılışı olub. Oyunların iyunun 28-dək davam edəcək.

XS
SM
MD
LG