Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:50

-

I Avropa Oyunlarında Azərbaycan idmançıları ilk qızıl medal qazanıblar.

Karate yarışlarında 60 kiloqram çəkidə final oyununda Azərbaycan idmançısı Firdovsi Fərzəliyev İtaliya karateçisi Luca Maresca-nı məğlub edərək qızıl medal qazanıb.

Buna qədər isə qadın karate oyunlarında Azərbaycan idmançısı İlahə Qasımova bürünc mükafat qazanmışdı.

3-cü medal

Avropa Oyunlarında Azərbaycan idmançıları 3-cü medalı qazanıblar.

Karate yarışında 67 kiloqram çəkidə Niyazi Əliyev almaniyalı Ricardo Giegler-i 3-1 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.

2-ci qızıl medal

I Avropa Oyunlarında Rafael Ağayev Azərbaycana 2-ci qızıl medalı qazandırıb.

O, karate yarışında 75 kiloqram çəki dərəcəsində İtaliya idmançısı Busa Luigi-yə qalib gəldi.

Bununla da Azərbaycan idmançılarının medalları ümumilikdə 5 çatdı. Onlardan 2-si qızıl, 3-ü isə bürünc medallardır.

Azərbaycan idmançıları 4 medalı karate, 1 medalı isə güləş idman növündə qazanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG