Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:15

-

İyunun 12-də BMT-nin baş katibi Ban Ki-moon Özbəkistan prezidenti Islam Karimov-u pambıq yığımında məcburi əməyə son qoymağa və məhbusların müalicəsini yaxşılaşdırmağa çağırıb.

«Prezident Karimov qanunların möhkəmliyinə can atır. Ancaq kitablardakı qanunlar gərək insanların həyatına şamil edilsin». Islam Karimov-la Daşkənddəki görüşündən sonra Ban Ki-moon jurnalistlərə belə deyib. O, Orta Asiya ölkələrinə səfərə çıxıb.

«Özbəkistan pambıq sektorunda uşaq əməyindən istifadənin ləğvi ilə bağlı böyük nailiyyətə çatıb. İndi isə müəllimlərin, həkimlərin və digərlərinin də pambıq yığımına məcburi cəlb edilməsi ilə bağlı ölçü götürülməli, məhbusların müalicə imkanları yaxşılaşdırılmalıdır».

Özbəkistan dünyada ən böyük pambıq istehsalçısıdır. Məcburi əməyə görə ölkə Qərbin tənqidləri ilə üzləşir.

Ban Ki-moon deyir ki, BMT Özbəkistanın Əfqanıstanda stabilliyə və inkişafa verdiyi dəstəyi, səhiyyə, təhsil sahəsində gördüyü işləri bəyənir. «Ancaq insan haqları olmadan sülh yoxdur», - BMT-nin baş katibi əlavə edib.

Ban Ki-moon artıq Tacikistan, Qırğızıstan və Qazaxıstana səfər edib. O, qaz ehtiyatları ilə zəngin Türkmənistana gedəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG