Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:46

-

«Azərbaycanla bağlı qətnamənin qəbulu Almaniya və Azərbaycan arasındakı dostluq münasibətlərinin ruhuna uyğun deyil və ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət edir».

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Almaniya Bundestaqında «Azərbaycanda insan hüquqlarının qorunmasını tələb etmək» adlı qətnamənin qəbulu ilə bağlı açıqlamasında bildirilir.

apa yazır ki, nazirlik açıqlamasında «hər bir hüquqi dövlətdə olduğu kimi, Azərbaycanda da istintaq və məhkəmə prosesinə təzyiq etmək qəbuledilməz» olduğunu vurğulayıb:

«Azərbaycan Respublikasında heç bir şəxs jurnalist və ya siyasi fəaliyyətinə görə həbs olunmur. Həmin qətnamədə əksini tapmış ittihamların heç bir əsası yoxdur. Hesab edirik ki, bu, Azərbaycanın nüfuzuna xələl yetirmək məqsədi güdən qrupların və ya digər dövlətlərin qərəzli şəkildə təqdim etdiyi yanlış məlumatlardan qaynaqlanır».

XİN təəssüf edir ki, Qarabağ konfliktə barədə məlumatlar qətnamədə qeyd olunsa da, «ən bəsit konvension hüquqları kobud şəkildə pozulmuş bu insanların hüquqlarının müdafiəsi və Ermənistan tərəfinin bu əməllərinə görə məsuliyyəti barədə heç bir çağırış və ya tələb əks olunmur».

Günün bütün mövzuları

XS
SM
MD
LG