Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:25

-

İki şeiri ilə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin finalına yüksəlmiş Babək Ağayevdən yeni şeirlər

Babək Ağayev

ratio

irrasional adamlar rasional olmadıqlarından irrasional deyillər

rasional adamlar irrasional ola bilmədiklərindən rasionaldılar

helikopter cırcıramalar

istəyirəm uzaqlaşım sənə yorğunluqlarımdan

vurulum uşaqlıqlarına şəkillərindən

(trolleybuslar parklar zoparklar şaxtababalar və pioner qalstuku)

hər hüceyrənə tək tək toxunmaq

saçlarında mümkün bütün dəcəllikləri utandırmaq

(qardaşımın yandırdığı arının ruhuna fatihə)

döşlərinə demokratiyanı bir də bəzi ölkələri qadağan etmək

içib-içib cırcıramaları uçurub uçurub öldürmək

helikopterləri dəfn etmək

gecəylə əl ələ s..dirib sənə köçmək istəyirəm

bağışla məni

bizi qarşıla və...

tanımadığım xatirələr

on beş yaşımız olardı

“sənlə hər şey edərəm” deyən qızın

seyrək bığları vardı

sonra mənə uzun-uzun döşləri haqqında yazan

atası helsinkidə yaşayan

döşlərinin özündən üç yaş böyük olduğun iddia edən birindən

məktublar aldım

məktəbi bitirməyə az qalmışdı

adın çəkmək istəmədiyim hansısa fəridə

məni öz güllü çarpayısından qovdu bir axşamtərəfi

adın çəkmək istəmədiyim hansısa fəridə yeddinci mərtəbədə yaşayırdı

elə həmin mərtəbədən düşdü bir səhərəyaxın

gözləri tutuldu amma ölmədi

yataqdan qovulmuş biri olaraq daha görmədi məni

universitetin ilk ilini

qürub qırmızısı allı güllü bir fahişəylə keçirdim

onla oturub uzanıb saatlarla içirdim

səbəbini ayrılanda söylədi

məndən başqa hamıyla yatan fahişə

ölmüş oğluna çox bənzəyirmişəm

aysunu tanıyanda

yazıçılar modernizmin postunda dayanmışdı

kafka sevmək dəbdə idi o da geri qalmırdı

aysu “çevrilmə” dən başqa nəsə oxumamışdı

çevrilib intellekt-aul olmuşdu

çox yorulmuşdu yazıq qız

ancaq çox intersekstual biriydi

bir sümük bir eynək bir də dəriydi

***

məni sən mərkəzçi etməyə çalışır holst

inanmadığım hakim partiya sağ mərkəzçidir

bunun qonşum tyotya lidaya nə dəxli

2076 da anamın olmayacağı dəqiq görünür

saymağa 1958 dən başlayıb

bununsa bramsa birbaşa aidiyyatı var

yoxluğunda yuxularımın qəhrəmanı mixail afanasyeviç

hər gün özün atır pəncərələrdən

yooox master qışqırıb arxasınca tullanıram

çəhrayıyla narıncın şirinçayı üfüqə yuvarlanıram

ölməyə hazırlaşan avqust ayı sonun gətirir hər şeyin

bunun...

gecə fəzilətlidi

döşlərin qarnın qasığın

gözlərin belin boğazın

dizlərin ləzzətlidi

bədəninə anarxizm daraşıb

çoxları gərilibsə də

çarmıx ən çox məsihə yaraşıb

tanrıyla məryəminsə bunlarla əlaqəsi yox

onlar çardaqda oturub müqəddəs ruh çağırırlar

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG