Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:00

“Nəqliyyat Nazirliyi qəzaya aydınlıq gərirməlidir"


Zahid Oruc
Zahid Oruc

-

“Videoçarxı mən də izləmişəm və bu bizdə təəssüf hissi yaradıb. Düşünürəm ki, sürücünün günahı ucbatından baş verən məlum qəza hər hansı bir məkrli layihənin tərkib hissəsi deyil. Buna baxmayaraq, bu məsələyə mütləq aydınlıq gətirilməlidir”.

Bunu Milli Məclisin Təhlükəsizlik Komitəsinin üzvü Zahid Oruc Bakı Atletlər Kəndində baş verən avtobus qəzası ilə bağlı sosial şəbəkələrdə yayılan fikirlərə münasibət bildirərkən deyib.

O bildirib ki, bu hadisənin Azərbaycanın əleyhinə istifadə olunmasının qarşısını almaq üçün Nəqliyyat Nazirliyi məsələyə aydınlıq gətirməlidir:

“Düşünmürəm ki, sürücü hansısa təxribat xarakterli sifarişi yerinə yetirsin. Videoya baxanda hiss olunur ki, sürücü o anı duymur, hiss etmir. Müxtəlif versiyalara, gümanlara yol vermək lazım deyil. Ölkə rəhbərinin əsas hədəfi Azərbaycanı yaxşı simada dünyaya təqdim etməkdir. Avropa yarışları bizim üçün bir növ testə çevrilib. Bu günkü ajiotajin yeganə səbəbi nəqliyyatın idarə olunma sistemi ilə bağlıdır. Buna da Nəqliyyat Nazirliyi cavabdehdir”.

Z.Oruc bundan əvvəl Bakıda baş verən bəzi yanğınların təxribat ola biləcəyini ehtimal etmişdi.

XS
SM
MD
LG