Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:04

Bilgəh qəsəbəsində yollar bağlanacaq


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı-2015 İlk Avropa Oyunlarının triatlon yarışları ilə bağlı Bilgəh qəsəbəsində nəqliyyatın hərəkətinin məhdudlşadırılacağı haqda açıqlama yayıb.

By yarışla bağlı iyunun 13-ü səhər saat səhər 8:30-dan axşam 18:30-a kimi, iyunun 14-ü isə 8:30 -dan 19- dək Bilgəh qəsəbəsinin müəyyən yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Bilgəh qəsəbəsinin yerli yol şəbəkəsi və Aslan Salahzadə küçəsindən istifadə etmək təklif olunur.

Yarışlar ərzində şəhər mərkəzi və Nardaran qəsəbəsi istiqamətində hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmək tövsiyə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG