Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:12

Rusiya prezidenti Vladimir Putin iyunun 12-13-də Bakıda səfərdə olacaq.

O Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək.

Vladimir Putin səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Recep Tayyip Erdoganla ayrıca danışıqlar aparacaq.

Bu barədə Putinin köməkçisi Yuri Ushakov məlumat yayıb.

Putin Kremldə milli bayram münasibəti ilə keçiriləcək tədbirdən dərhal sonra Bakıya yollanacaq.

İyunun 12-i saat 21-də Avropa Oyunlarının açılış mərasiminə qatılacaq.

Putin və İlham Əliyevlə iyunun 13-də görüşəcək.

Danışıqlar zamanı iqtisadi əlaqələr, Qarabağ münaqişəsi və Həştərxanda keçirilmiş 4-cü Xəzər Sammitində qəbul edilmiş qərarların reallaşdırılması ətrafında fikir mübadiləsi aparılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG