Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:13

Avropa Birliyi ciddi insan haqları pozuntularına görə, Orta Asiya ölkələrinə qarşı təzyiqləri artırmaq fikrindədir.

AzadlıqRadiosunda olan məlumata görə, “Avropa Birliyinin Orta Asiya strateqiyası” adlı sənədin Avropa Birliyi xarici işlər nazirlərinin iyunun 22-də Lüksemburda keçiriləcək iclasında qəbul ediləcəyi gözlənilir.

Söhbət Qazaxıstan, Qırğızıstan,Tacikistan, Türkmənistan və Özbəkistandan gedir.

Sənəddə konkret hərəkətlər göstərilməsə də qeyd edilir ki, Orta Asiya ölkələrində ifadə və sərbəst toplaşma azadlığı, din azadlığı, qadın, uşaq və azlıqların hüquqlarının genişləndirilməsi və işgəncələrə son qoyulması Avropa Birliyinin qarşısında duran əsas məsələlərdən biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG