Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:04

-

Hüquq müdafiəçisi Rəsul Cəfərovun apellyasiya şikayəti üzrə iyunun 12-nə təyin edilmiş hazırlıq iclası baş tutmayıb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Fariz Namazlı məlumat verib.

Bildirib ki, iclas formal səbəblərlə qeyri-müəyyən müddətə təxirə salınıb:

«Hakim işi Bakı Ağır Cinayətlər Məhkəməsinə geri qaytarıb. Səbəb kimi Rəsul Cəfərovun sonradan sənədlərlə tanış olduqdan sonra öz qeydlərini aparmaması göstərilir».

Vəkil Bakı Apellyasiya Məhkəməsinin bu qərarını əsassız sayır, deyir ki, iclasın təxirə salınmasında məqsəd I Avropa Oyunları ərəfəsində çoxsaylı xarici jurnalistlərin diqqətini bu məsələlərə yönəltməməkdir.

İnsan Hüquqları Klubunun rəhbəri olan Rəsul Cəfərov avqustun 2-də həbs edilib. Əvvəl Rəsul Cəfərova qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb. Sonradan onun işinə mənimsəmə və israf etmə və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamları da əlavə olunub.

Bu il aprelin 16-da Rəsul Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Rəsul Cəfərov ittihamları qəbul etmir və həbsini siyasi sifariş sayır. Rəsul Cəfərov «Amnesty International» tərəfindən «vicdan məhbusu» elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG