Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:30

Bu kəndə nə yanğınsöndürən, nə təcili yardım, nə də qonaq gəlir


Qəbələ rayonu

Qəbələ rayonu

-

"2 il əvvəl yığışıb aksiya keçirtdik. Kəndə yol, su, qaz tələb etdik. Söz veridlər ki, dağılışın, hər şey yaxşı olacaq. Biz də dağılışdıq".

Qəbələnin Tikanlı kəndinin sakinləri kənddə aksiya keçirib sosial tələblərini səsləndirsələr də, bu tələblərin böyük hissəsi hələ də yerinə yetirilməyib. Bunu AzadlıqRadiosunun "Qaynar xətt"inə kənd sakinləri deyir. Onlar hələ 2 il əvvəl bu tələblərini "Qaynar xətt" vasitəsi ilə səsləndirmişdilər.

HƏLƏ DƏ GÖZLƏYİRLƏR

Sakinlər kəndin yaxınlığından keçən Bum çayı üzərindən körpünün çəkilməsini, kənd yollarının düzəldilməsini tələb edirdilər.

"Tikanlıya nə yanğınsöndürən, nə də təcili tibbi yardım maşını gəlir. Buna səbəb yolların bərbad olmasıdır. Baxmayaraq ki, dəfələrlə aksiya keçirmişik, əlaqədar qurumlar qarşısında məsələ qaldırmışıq, bizim kəndin problemləri hələ də həllini tapmayıb", - kənd sakini Etibar Quliyev deyir. Onun sözlərinə görə, hələ bir neçə il əvvəl Nəqliyyat naziri Ziya Məmmədov da, Qəbələdən seçilən deputat Fəttah Heydərov da körpünün tikiləcəyinə söz veriblər.

Tikanlılar deyirlər ki, onlar rayon mərkəzinə getmək üçün Şəki yoluna çıxmaqla az qala 40 kilometr yol qət edirlər. Ancaq körpü çəkilsəydi, həm yolları qısalardı, həm də xərcləri azalardı.

Başqa sakin Tariyel Səfərov:

"Yollarımız bərbad vəziyyətdədir. Yağış yağanda kəndə gediş-gəliş dayanır".

Sakinin sözlərinə görə, bu kəndə gələn qonaq-qara bir də ayaq basmaq istəmir.

"Çayın üzərində körpü olmadığına görə rayon mərkəzinə gediş-gəliş çətindir. 7 kəndin sakinləri bu çayın üstündən keçib gedirlər. Çayın bu tərəfindən o tərəfinə keçmək üçün üstünə taxta parçası, dəmir boru atırıq. Təkcə bizim kəndin 3 minə yaxın sakini var. O biri kəndlərin də sakinlərini nəzərə alsaq, indi gör bu çayın üzərindən gün ərzində nə qədər gediş-gəliş olur".

İCRA NÜMAYƏNDƏSİNİN BİNASI QUŞ DAMINA OXŞAYIR

Sakinlər deyir, payız, qış fəsillərində küçəyə çıxılası deyil. Çünki palçıq dizdən olur. Uşaqları da məktəbə buraxmırlar. Ancaq dərd təkcə yolla bağlı deyil:

"Uşaq bağçası, məktəb binası dağılıb gedir. Mədəniyyət evinin qapısının açıq vaxtını sonuncu dəfə nə vaxt görmüşüksə, artıq unutmuşuq. Uzun illərdir ki, bərbad vəziyyətdə və qapısı qıfıllıdır. Hətta kənd icra nümayəndəliyinin öz binası da quş damına oxşayır".

Rayon İcra Hakimiyyətindən bildiriblər ki, problemlər içərisində üzən bu kənd Tikanlıçay və Qaraçayın arasında yerləşir. Kənddə iki məktəb və bir uşaq bağçası var. Qəbələnin ətraf kəndlərinin abadlaşdırılması planına uyğun olaraq, kəndlər növbəli qaydada abad edilir. Tikanlıçayın da yollarının, kənddəki inzibati binaların təmiri, qaz, su, işıq xətlərinin yenilənməsi nəzərdə tutulsa da tikanlıçaylıları bu yaxınlarda sevindirmək mümkün olmayacaq. Çünki növbədə Tikanlıçaydan əvvəl hələ başqa kəndlər var.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG