Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:05

Bakıya çox maşın buraxılmır


-

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev oxu.az-a bildirib ki, iyunun 12-də təhlükəsizlik tədbirləri ilə əlaqədar Bakının bəzi küçələrində müvəqqəti məhdudiyyətlər olacaq.

Şöbə rəisinin dediyinə görə, «Bakı 2015» I Avropa Oyunlarının mahiyyətini nəzərə alaraq hər kəs çalışmalıdır ki, ictimai nəqliyyata üstünlük versin:

«Avropa Oyunları ilə əlaqədar tədbirlərin keçirilməsi, gələn qonaqların müşahidə olunması, iştirakçıların idman kompleksinə aparılması, tamaşaçıların daşınması ilə bağlı müəyyən vaxtlarda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət nəzərdə tutulub».

Kamran Əliyev əlavə edib ki, Bakının şimal və cənub girişində nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG