Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:12

-

Qeyri-zorakı etiraz üsulları

Bir qrup azərbaycanlı fəal Gene Sharp-ın "Qeyri-zorakı etiraz üsulları" kitabını Azərbaycan dilinə tərcümə edir.

Gene Sharp - qeyri-zorakı etiraz üsulları haqda bir çox kitabların müəllifi, bu il Nobel Sülh mükafatını allmağa ən şanslı hesab olunan namizəddir.

Onun kitabları dünyada bir çox anti-hökumət müqavimət hərəkatlarına təsir göstərib.

Gene Sharp həm qeyri-zorakı silahların siyahısını verir öz kitablarında, həm də onların hər birinin hansı tarixi hadisədə uğurlu olması haqqında danışır. “The Politics of Nonviolent Action” (Qeyri-zorakı aksiyalar siyasəti) kitabında etiraz üçün qeyri-zorakı üsulların 198 maddəlik siyahısını verir.

Bu müəllifə “qeyri-zorakılığın Makiavellisi" deyirlər.

1993-cü ildə yazdığı “Diktaturadan demokratiyaya” kitabı 31 dilə tərcümə olunub. Kitab Serbiyada “Otpor!” kampaniyasına, Gürcüstanda “Kmara”, Ukraynada “Pora”, Qırğızıstanda “KelKel”, Belarusda “Zubr” kampaniyalarına ilham verib.

Onun kitablarını adətən aktivistlər özləri tərcümə edirlər və pulsuz paylayırlar.

Vaxtilə Sharp-ın “Vətəndaş müdafiəsi” kitabı Baltikyanı ölkələrdə, Sovet İttifaqında fəalların sevimli kitabı olub. Litvanın müdafiə naziri Audrius Butkevicius “Nüvə silahımın olmasındansa bu kitabımın olmasını üstün tuturam” deyib.

Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG