Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:11

Qobustanda açıq havada balet göstəriləcək


Teatrlar
Teatrlar

-

İyunun 12-də Bakıda start götürən I Avropa Oyunlarının qonaqları üçün teatrlar maraqlı proqramlar hazırlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, paytaxtın aparıcı teatrları iyunun 12-dən 28-dək tamaşaları sinxron və titrlərlə tərcümədə nümayiş etdirəcəklər.

Akademik Milli Dram Teatrında iyunun 12-də Mirzə Fətəli Axundzadənin «Sərgüzəşti-vəziri-xani-Lənkəran» əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa sənətsevərlərin ixtiyarına veriləcək.

Həmin gün Rus Dram Teatrında Nizami Gəncəvinin «Yeddi gözəl» poeması əsasında hazırlanmış tamaşa göstəriləcək.

Dövlət Musiqili Teatrında Ramiz Mirişli və Marat Haqverdiyevin «Qısqanc ürəklər», Gənc Tamaşaçılar Teatrında Martin McDonagh-ın «Lineyn trilogiyası»ndan «Yalqız Qərb» tamaşası nümayiş olunacaq.

İyunun 13-də Opera və Balet Teatrının səhnəsində Giacomo Puccini-nin «İl Tabarro» operasını izləyənlər bu məşhur klassik musiqi nümunəsindən zövq alacaqlar.

Balet həvəskarları iyunun 17-də Fərəc Qarayevin «Qobustan kölgələri» baletini elə Qobustanda- açıq havada izləmək imkanı qazanacaqlar.

Akademik Milli Dram Teatrında iyunun 13-də Hüseynbala Mirələmovun «Xəcalət», ertəsi gün Elçinin «Şekspir», iyunun 16-da «Kitabi-Dədə Qorqud» eposu əsasında «İlahi oyun», iyunun 17-də isə Elçinin «Qatil» tamaşalarına baxa biləcəklər.

Həmin gün Musiqili Teatrda Üzeyir Hacıbəylinin ölməz komediyalarından olan «Ər və arvad» nümayiş olunacaq. İyunun 14-də həmin teatrda Oqtay Kazımi və Ramiz Heydərin «Qızıl toy» musiqili komediyası tamaşaçıların yolunu gözləyəcək.

Rus Dram Teatrında iyunun 13-də William Shakespeare-in «Yay gecəsində yuxu», 14-də İlyas Əfəndiyevin «Büllur sarayda» tamaşaları nümayiş olunacaq.

Gənc Tamaşaçılar Teatrında iyunun 13-də William Shakespeare-in «Romeo və Cülyetta», 14-də Hüseyn Cavidin «Şeyx Sənan» faciəsi oynanılacaq.

Tamaşaçılar iyunun 15-də bu teatrda Patrick Süskind-in «Kontrabas», Samuel Beckett-in «Sözsüz» səhnə əsərlərini izləyə biləcəklər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG